ABŞ Prezidenti Donald Tramp Yunanıstandakı səfir Kimberli Gilfoylun vəzifədən uzaqlaşdırılması məsələsini nəzərdən keçirir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, səfir barəsində qanunsuz maliyyə fəaliyyəti ilə bağlı iddialar irəli sürülüb.
İddialara görə, Gilfoyl bahalı hədiyyələr qəbul edib və Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri ilə görüş təşkil etmək müqabilində pul istəyib. Səfirin vəkilləri ittihamları rədd ediblər. ABŞ Dövlət Departamentinin müfəttişliyi məsələ ilə bağlı araşdırma aparır.
//Nəzər.Media
