ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin danışıqlardakı rolu mübahisəyə səbəb olub. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Kuşnerin ABŞ nümayəndə heyətində iştirakı ilə bağlı məsələ məhkəmə müstəvisinə çıxıb.
Hadisə onun rəsmi vəzifəsi olmadan danışıqlarda iştirak etməsi ilə bağlı suallar yaradıb. Mübahisənin hüquqi nəticələrinin necə olacağı isə hələ bəlli deyil.
//Nəzər.Media
