Tramp Ankaradan dönərkən təhlükəsizliyi gücləndirilimişdi. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, buna səbəb İsrailin ona xəbərdarlıq etməsi olub.
İsrail kəşfiyyatı Vaşinqtona İranın Trampa hücum edə biləcəyi barədə məlumat ötürmüşdü. Məlumata görə, hücum Ankarada hava limanı yaxınlığında törədilə bilərdi. Bundan sonra ABŞ Trampın uçuş planını dəyişib və əvvəlki prezident təyyarəsini geri gətirib. Ankara isə İsrailin məlumatının həqiqiliyinə şübhə ilə yanaşıb. Türkiyəli rəsmilər bunun Trampın İranla danışıqlarına və Ankara-Vaşinqton münasibətlərinə təsir məqsədi daşıya biləcəyini bildiriblər.
//Nəzər.Media
