
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “İmişli”ni qəbul edəcək. “Boz qord”la “pələnglər”in görüşünü Fərid Hacıyev idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Turan Tovuz”un start heyəti:
41. Sergey Samok(GK)
29. Filip Ozobiç
17. Rəhim Sadıxov
11. Ayxan Hüseynov
5. Roderik Miller
3. Enrike Silva
23. Alexandro Serrano
99. Vadji İbrahima
15. Emmanuel Hakman (C)
32. Hayderson Hurtado
7. Xorxe Silva
“Turan Tovuz”un ehtiyat oyunçuları:
1. Oleq Baklov(GK)
13. Mehman Hacıyev(GK)
19. Roberto Olabe
9. Coş Cinnelli
90. Joarlem Santos
4. Şəhriyar Əliyev
10. Xəyal Nəcəfov
88. Faiq Hacıyev
6. Fərid Yusifli
8. David Tavareş
2. Mark Rene Mampassi
“Turan Tovuz”un baş məşqçisi:Kurban Berdiyev
“İmişli”nin start heyəti:
33. Andrey Sinenka(GK)
19. Azər Salahlı (C)
5. İdris İnqilablı
94. Rafael Vieqaş
10. Nikola Karaklaiç
29. Edvin Banquera
14. Ronaldo de Souza
9. Dioqo Almeyda
23. Dioqo Rollo
17. Ezekiel Morqan
7. Luis Silvestr
“İmişli”nin ehtiyat oyunçuları:
1. Hüseynəli Quliyev(GK)
97. Xəzər Mahmudov
3. Tuncay Yusifli
44. Həzrət İsayev
21. Abbas Ağazadə
79. Dioqo Kardozu
30. Xəlil Mürsəlli
20. Nazim Hüseynov
“İmişli”nin baş məşqçisi:Jorj Kaşkilya
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün və turun sonuncu qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Köhlən atlar”la “bayquşlar”ın görüşünü Tural Qurbanov idarə edəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turuna dünən start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün açılış qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq oyunun 2-ci dəqiqəsində “Kəpəz” Ryonosuke Ohorinin qolu ilə hesabı açıb-“Kəpəz”-“Sumqayıt”-1:0. Oyunun 19-cu dəqiqəsində Luis Paçu “Kəpəz”in ikinci qoluna imza atıb-“Kəpəz”-“Sumqayıt”-2:0. Oyunun 40-cı dəqiqəsində Luis Paçu penatidən dubl edərək özünün ikinci və “Kəpəz”in üçüncü topuna imza atıb-“Kəpəz”-“Sumqayıt”-3:0. İlk hissə “Kəpəz”in 3:0 üstünlüyü ilə başa çatıb. Oyunun 62-ci dəqiqəsində “Sumqayıt” azlıqda qalıb. Komadanın heyətindən Nikola Ninkoviç ikinci sarı vərəqəni alaraq meydandan qovuldu-“Kəpəz”-“Sumqayıt”-3:0. Bu oyunda yadda qalan son hadisə oldu və “Kəpəz” 3 xalı 3 cavabsız qolla qazandı.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Zirə”ni qəbul edib. Oyunun ilk hissəsi başladığı hesabla bitib-“Araz-Naxçıvan”-“Zirə”-0:0. Oyuun 68-ci dəqiqəsində “Zirə” Ayron Qomisin qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Zirə”-0:1. Bu oyunda vurulan son qol oldu və “Zirə” matçdan 0:1 qalib ayrıldı.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadion”unda “Neftçi”ni qəbul edib. Görüşün ilk hissə başladığı hesabla bitti-“Şamaxı”-“Neftçi”-0:0. Oyunun 60-cı dəqiqəsində “Neftçi” Vensan Abubakar qolu ilə hesabı açıb-“Şamaxı”-“Neftçi”-0:1. Oyunun 75-ci dəqiqəsində Sezar Enrike “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Şamaxı”-“Neftçi”-1:1. Oyunun 90+1-ci dəqiqəsində dub edərək özünün və “Neftçi”nin ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Şamaxı”-“Neftçi”-1:2. Oyunun 90+8-ci Karim Rossi “Şamaxı”nın ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Şamaxı”-“Neftçi”-2:2. Bu oyunda vurulan son qol olub və tərəflər hərəyə bir dəfə fərqlənək bir xala qane olublar-“Şamaxı”-“Neftçi”-1:1.
Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 26-cı dəqiqəsində “Karvan-Yevlax” İmani Barkerin qolu ilə hesabı açıb-“Qəbələ”-“Karvan-Yevlax”-0:1. İlk hissə “Karvan-Yevlax”ın 0:1 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun 36-cı dəqiqəsində Seydina Keyta “Qəbələ”nin bərabərlik topuna imza atıb-“Qəbələ”-“Karvan-Yevlax”-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə baş çatıb- Görüşün ikinci hissəsində qol olmadı və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu və beləcə tərəflər hərəyə bir qol vuraraq bir xala qane oldular-“Qəbələ”-“Karvan-Yevlax”-1:1.
