
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Çərşənbə günü futbol üzrə Azərbaycan Premyer Liqasının XXV tura start verilib. PFL bu günə bir qarşılaşma baş verib.
Günün yeganə və turun sonuncu görüşündə “Turan Tovuz” “Sumqayıt Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edəcək. “Boz qurd”la “qırmızı-qarlar”ın görüşünü Kamal Umudlu idarə edəcək. Artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Turan Tovuz”un start heyəti:
41. Sergey Samok(GK)
29. Filip Ozobiç
17. Rəhim Sadıxov
11. Ayxan Hüseynov
5. Roderik Miller
3. Enrike Silva
23. Alexandro Serrano
90. Joarlem Santos
32. Hayderson Hurtado (C)
7. Xorxe Silva
2. Mark Rene Mampassi
“Turan Tovuz”un ehtiyat oyunçuları:
1. Oleq Baklov(GK)
13. Mehman Hacıyev(GK)
4. Şəhriyar Əliyev
10. Xəyal Nəcəfov
88. Faiq Hacıyev
6. Fərid Yusifli
99. Vadji İbrahima
15. Emmanuel Hakman
19. Roberto Olabe
9. Coş Cinnelli
8. David Tavareş
“Turan Tovuz”un baş məşqçisi:Kurban Berdiyev
“Qəbələ”nin start heyəti:
1. Səlahət Ağayev(GK)
28. Murad Musayev (C)
66. Nuğay Rəşidov
10. Şahin Şahniyarov
27. Eşqin Əhmədov
24. İsmael Akinade
33. Seydina Keyta
6. Xayme Syerra
16. İsaak Amoah
14. Domi Massumo
30. Prins Ovusu
“Qəbələ”nin ehtiyat oyunçuları:
93. Rza Cəfərov(GK)
94. Həbib Hüşənov(GK)
11. Asif Məmmədov
7. Turan Manafov
22. Fərid İsgəndərov
13. Nicat Əliyev
74. Süleyman Damadayev
21. Ziya Şəkərxanov
12. İbrahim Sanqare
50. Adriel Ba Loua
3. Eduardo Kunde
8. Sambu Sissoko
“Qəbələ”nin baş məşqçisi:Kaxaber Tsxadadze
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turuna dünən start verilib. PFL açılış gününə bir qarşılaşma təyin.
Turun ilk və günün yeganə qarşılaşmasında “Şamaxı” “Şamaxı şəhər stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Araz-Naxçıvan”-“Şamaxı”-0:0. Oyunun 56-cı dəqiqəsində “Araz-Naxçıvan” “Şamaxı”nın heyətindən Vladislav Veremeyev avtoqolu ilə hesabı açıb-“Şamaxı”-“Araz-Naxçıvan”-0:1. Bu oyunda vurulan yeganə qol olub və “Araz-Naxçıvan” matçdan 0:1 qalib ayrıldı.
Cümə axşamı günü iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Zirə”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Karvan-Yevlax”-0:1. Oyunun 79-cu dəqiqəsində “Zirə” Anatoli Nuriyevin qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Zirə”-0:1. Bu oyunda vurulan yeganə qol olub və “Zirə” matçdan 0:1 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq oyunun 24-cü dəqiqəsində “Sabah” Kahim Parrisin qolu ilə hesabı açıb-“Sabah”-“Sumqayıt”-1:0. İlk hissə “Sabah”ın 1:0 üstünlüyü ilə başa çatdı. Oyunun 49-cu dəqiqəsində Coy Lens Mikels “Sabah”ın ikinci topuna imza atıb-“Sabah”-“Sumqayıt”-2:0. Oyunun 71-ci dəqiqəsində Velko Simiç “Sabah”ın üçüncü topuna imza atdı-“Sabah”-“Sumqayıt”-3:0. Oyunun 90+2-ci dəqiqəsində “Sumqayıt” Nsana Simonun qolu ilə hesab arasındakı fərqi azaltdı-“Sabah”-“Sumqayıt”-3:1. Bu oyunda vurulan son qol oldu və “Sabah” matçdan qalib ayrıldı.
Dünən daha iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edib. Artıq oyunun 45-ci dəqiqəsində “Kəpəz” Fərid Nəbiyevin qolu ilə hesabı açıb-“Kəpəz”-“Qarabağ”-1:0. İlk hissə “Kəpəz”in 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Kəpəz”-“Qarabağ”-1:0.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “İmişli”ni qəbul edib. Artıq 12-ci dəqiqəsində “Neftçi” Breno Almeydanın qolu ilə hesabı açıb-“Neftçi”-“İmişli”-1:0. Oyunun 15-ci dəqiqəsində İmad Faraj “Neftçi”nin ikinci topuna imza atıb-“Neftçi”-“İmişli”-2:0.Oyunun 19-cu dəqiqəsində Emil Səfərov “Neftçi”nin üçüncü topuna imza atıb-“Neftçi”-“İmişli”-3:0. İlk hissə “Neftçi”nin 3:0 üstünlüyü ilə başa çatıb. Oyunun 50-ci dəqiqəsində İmad Faraj dubl edərək özünün ikinci “Neftçi”nin dördüncü topuna imza atdı-“Neftçi”-“İmişli”-4:0.Oyunun 54-cü dəqiqəsində Emin Mahmudov “Neftçi”nin beşinci topuna imza atıb-“Neftçi”-“İmişli”-5:0. Oyunun 60-cı dəqiqəsində Emil Səfərov “Neftçi”nin altıncı topuna imza atıb-“Neftçi”-“İmişli”-6:0. Hər hissəyə 3 top vuran “Neftçi” matçda 6:0 qalib gəldi.
