Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünə start verilicək. PFL bu günə bir qarşılaşma təyin edib.
Mövsümün, turun ilk oyununda “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edəcək. “Boz qurdla” “qırmızı-qaralar”ın oyununu Tural Qurbanov idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Turan Tovuz”un start heyəti:
35. Aleksey Kenyaykin(GK)
3. Enrike Silva
23. Alexandro Serrano
90. Joarlem Santos
15. Emmanuel Hakman
32. Hayderson Hurtado (C)
7. Xorxe Silva
19. Roberto Olabe
33. Filip Damyanoviç
8. David Tavareş
11. Dioqo Balau
“Turan Tovuz”un ehtiyat oyunçuları:
1. Oleq Baklov(GK)
13. Mehman Hacıyev
4. Rahil Məmmədov
17. Rəhim Sadıxov
10. Xəyal Nəcəfov
88. Faiq Hacıyev
66. Raul Məmmədov
99. Sadiq Şəfiyev
21. Stiv Beusnar
“Turan Tovuz”un baş məşqçisi:Kurban Berdiyev
“Qəbələ”nin start heyəti:
1. Səlahət Ağayev (GK)(C)
27. Eşqin Əhmədov
24. İsmael Akinade
9. Karim Rossi
7. Bruno Silva
6. Xayme Syerra
12. Kouya Mabea
16. İsaak Amoah
5. Natan Monzanqo
80. Meşak Uboçioma
3. Edson Eduardo
“Qəbələ”nin ehtiyat oyunçuları:
32. Artur Motta(GK)
94. Həbib Hüşənov
22. Fərid İsgəndərov
13. Nicat Əliyev
74. Süleyman Damadayev
66. Nuğay Rəşidov
10. Şahin Şahniyarov
81. Samir Ağayev
2. Aqşin Yaqubov
21. Ziya Şəkərxanov
“Qəbələ”nin baş məşqçisi:Kaxaber Tsxadadze
Turun digər görüşləri Şənbə, Bazar və Bazar ertəsi günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Qəbələ şəhər stadionu”nda “İmişli”ni qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə “pələnglər”in görüşünü Əliyar Ağayev idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Bayquşlar”la “sarı göylər”in matçını Fərid Hacıyev idarə edəcək.
Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “SOCAR Polymer Arena”da “Neftçi”ni qəbul edəcək. “Kimyaçılar”la “ağ-qaralar”ın görüşünü Kamal Umudlu idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İK stadionunda” “Şəfa”nı qəbul edəcək. “Mavi qartallar”la Bakı təmsilçisinin görüşünü Elvin Bayramov idarə edəcək.
Bazar ertəsi günü bir qarşılaşma baş tutacaq.
Turun sonuncu qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Köhlən atlar”la “şirlər”in görüşünü Rəvan Həmzəzadə idarə edəcək.
