Venesuelanın müdafiə və xarici işlər nazirləri türk xilasedicilərlə görüşüblər. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, rəsmilər zəlzələ bölgəsində görülən işlərə görə təşəkkür ediblər.
Müdafiə naziri komandanın qısa müddətdə bölgəyə çatmasını yüksək qiymətləndirib. Türk xilasedicilər isə fəlakət zamanı ən vacib dəyərin həmrəylik olduğunu bildiriblər.
//Nəzər.Media
