ABŞ-İsrail və İran arasında münaqişə başlayandan bəri Türkiyə münaqişənin dayandırılması üçün səylərini davam etdirir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu məqsədlə Türkiyənin Xarici işlər naziri Hakan Fidan məsələnin diplomatik yollarla həll olunması üçün bir sıra addımar atıb.
Fidan münaqişənin həlli üçün Bolqarıstanın Xarici işlər naziri Nadejda Neynsk ilə, Pakistanın xarici işlər Naziri İsak Dar ilə, Misirin Xarici işlər naziri Bədir Abdullati ilə, Səudiyyə Ərəbistanın xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səudla, İranın Xarici işlər naziri Abbas Ərəqçi ilə və ABŞ-dan olan səlahiyyətli şəxslərlə təmaslarını davam etdirir.
//Nəzər.Media
