Futbol üzrə Türkiyə milli komandası Dünya Kuboku üçün ABŞ-a gəlib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, komanda Florida ştatına xüsusi təyyarə ilə eniş edib.
Futbolçular hava limanında rəsmi şəxslər və azarkeşlər tərəfindən qarşılanıb. Türkiyə milli komandası hazırlıq çərçivəsində Venesuela ilə yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, Türkiyə yığması Dünya Kubokunda ABŞ, Avstraliya və Paraqvayla eyni qrupda mübarizə aparacaq.
//Nəzər.Media
