Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
NəzərMedia xəbər verir ki, Ərdoğan sosial şəbəkə hesabında paylaşdığı mesajda Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərini vurğulayaraq, iki ölkənin “bir millət, iki dövlət” prinsipi ilə bir-birinə bağlı olduğunu qeyd edib.
Ərdoğan təbrikində bütün azərbaycanlılara Türkiyə xalqının salam və xoş arzularını çatdırıb.
//Nəzər.Media
