Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizində gərginlik yenidən gündəmə gəlib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Yunanıstan mətbuatı Afinanın növbəti addımını müzakirə edir.
Mübahisənin əsas səbəbi dənizdəki səlahiyyət sahələri ilə bağlıdır. Yunanıstanın mümkün addımları bölgədə gərginliyi artıra bilər. Tərəflər arasında vəziyyətin necə inkişaf edəcəyi hələ bəlli deyil.
//Nəzər.Media
