• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Dünya

Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan-VİDEO

18 Sentyabr, 26 / 19:50
A A
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan-VİDEO

Türkiyədə qızının saç kəsimini bəyənməyən qadın müştəri kütləvi davaya səbəb olub.

Saç kəsimini bəyənməyən qadın salon əməkdaşı ilə mübahisə edib.

Bir müddət sonra onun qohumları salona gələrək obyektin sahibi Duygu Mertlə mübahisə ediblər. Mübahisə qısa müddətdə davaya çevrilib.

Salon sahibi Duygu Mert iddia edib ki, bir neçə qadın onu yerə yıxaraq təpikləyib, saçından tutub sürüyüb və bütün bunlar övladının gözü qarşısında baş verib.

Hadisə yerinə polis əməkdaşları çağırılıb. Duygu Mert bildirib ki, ona 4-5 nəfər hücum edib, salonun əşyalarına da ziyan vurulub. O, xəstəxanada müayinədən keçərək xəsarətləri ilə bağlı rəsmi arayış alıb və polisə şikayət edib.

Salon sahibinin sözlərinə görə, ilk mübahisə zamanı müştəri işçilərdən birini təhqir edib. Mübahisənin böyüməməsi üçün müştəriyə pulunun qaytarılması təklif olunub. Daha sonra həmin əməkdaşın işinə son verilib.

Duygu Mert bildirib ki, müştəri ailəsinə salonda döyüldüyünü deyib. Bundan sonra qadının ailə üzvləri və qohumları obyektə gəliblər.

Salon sahibinin iddiasına görə, daha sonra təxminən 10 qadın yenidən salona daxil olaraq ona hücum edib. Onlardan biri masanı onun üzərinə atıb, digərləri isə saçından tutaraq döyüblər.

“Bir qrup məni döyürdü, digərləri isə salonu dağıdırdı. Hamısı uşağımın gözü qarşısında baş verdi. Qulağımdan zərbə aldıqdan sonra huşumu itirmişəm və xəstəxanaya aparılmışam”, – deyə Duygu Mert bildirib.

Hadisənin təhlükəsizlik kameraları tərəfindən qeydə alındığı bildirilir. Polis məsələ ilə bağlı araşdırma aparır.

 

//lent.az

Previous Post

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib

Next Post

Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan -VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.