Türkiyə Venesuelada baş verən güclü zəlzələlərlə bağlı başsağlığı verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi insan itkilərindən dərin kədər duyduğunu bildirib.
XİN-nin bəyanatında yaralananlara tezliklə sağalma arzulanıb. Karakasdakı səfirliyin bölgədəki Türkiyə vətəndaşları ilə əlaqədə olduğu qeyd edilib. Ankara Venesuelaya yardım göstərməyə hazır olduğunu açıqlayıb.
//Nəzər.Media
