Birləşmiş Ərəb Əmirliklərində İranın pilotsuz uçuş aparatlarına qarşı ucuz raketəleyhinə sistemlər hazırlanır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, “Guardian” adlanan sistemin bir ədədinin qiyməti təxminən 5 min dollardır.
BƏƏ-də hazırda gündə 30 belə sistem istehsal olunur. Bu sayın yaxın vaxtlarda 100-ə çatdırılması planlaşdırılır. Sistem milyonlarla dollar dəyərində olan bahalı raketlərə daha ucuz alternativ kimi təqdim edilir.
//Nəzər.Media
