Polşanın paytaxtı Varşovada gecə saatlarında spirtli içki satışı qadağan edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qadağa mağaza və yanacaqdoldurma məntəqələrini əhatə edir.
Qadağaya əsasən saat 22:00-dan 06:00-a qədər spirtli içkinin satışına icazə verilmir. Rəsmilər bu qərarın ictimai asayişi və təhlükəsizliyi artıracağını bildiriblər. Qayda şəhər üzrə tam şəkildə tətbiq olunub.
//Nəzər.Media
