Venesuelada baş verən güclü zəlzələlərdə ölənlərin sayı artıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, təbii fəlakətdən ölənlərin sayı 3342 nəfərə yüksəlib.
Yaralananların sayı isə 16740 nəfərdir. Xilasetmə qrupları indiyədək 6 mindən çox insanı dağıntılar altından çıxarıb. Zəlzələlər nəticəsində yüzlərlə bina dağılıb və ya zədələnib. Minlərlə ailə evsiz qalıb. Bölgədə beynəlxalq və yerli xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirirlər.
//Nəzər.Media
