• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Veteranlara şad xəbər - 400 manat...

16 Sentyabr, 26 / 14:40
A A
Veteranlara şad xəbər - 400 manat...

44 günlük Vətən müharibəsi iştirakçılarının əməkhaqqından tutulan gəlir vergisinə tətbiq edilən güzəştlə bağlı mühüm məqam açıqlanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müharibə veteranı statusu sonradan rəsmiləşdirilən şəxsin əvvəlki dövrlərdə ödədiyi gəlir vergisinin güzəşt əsasında yenidən hesablanmasının mümkün olduğunu bildirib.

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Dövlət Vergi Xidmətinin açıqlamasına görə, güzəştdən yararlanmaq üçün müharibə veteranı statusunu təsdiq edən müvafiq sənəd şəxsin əsas iş yerinə təqdim edilməlidir.

Əsas məqam isə ondan ibarətdir ki, sənədin iş yerinə hansı tarixdə təqdim edilməsindən asılı olmayaraq, güzəşt statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir. Yəni şəxsin müharibə veteranı statusu 2022-ci il yanvarın 1-dən qüvvəyə minib, lakin təsdiqedici sənəd sonradan təqdim edilibsə, həmin tarixdən etibarən vergi güzəşti hesablanmalıdır.

Bu halda əvvəlki dövrlərdə əməkhaqqından güzəşt nəzərə alınmadan tutulmuş gəlir vergisinin yenidən hesablanması məsələsi yarana bilər. Bunun üçün şəxsin əsas iş yerinin mühasibatlıq şöbəsinə müraciət etməsi tövsiyə olunur.

Dövlət Vergi Xidməti həmçinin bildirib ki, müharibə veteranlarının muzdlu işdən əldə etdikləri gəlirlərinə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə azadolma tətbiqi qanunvericilikdə nəzərdə tutulmayıb.

Məsələ Vergi Məcəlləsinin 102-ci maddəsi və Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarı ilə tənzimlənir.

//milli.az

Previous Post

Sentyabrın 17-də hava belə olacaq - Proqnoz

Next Post

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib -FOTOLAR

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.