
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
“Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram”.
Nəzər.Media xəbər verir ki, bu fikirləri “Qafqazinfo”ya TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad olunması ilə bağlı sualı cavablandırarkən bildirib.
“TƏBİB-də fəaliyyət göstərdiyim dövrdə əsas məqsəd vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması olub. Bu prosesdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, – V.Qurbanov qeyd edib.
Xatırladaq ki, V.Qurbanovun işdən çıxarılması ilə bağlı qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in icraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
