• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

WUF13 akkreditasiya kartlarının verilməsinə 14 may tarixində başlanılacaq

13 May, 26 / 13:42
A A
WUF13 akkreditasiya kartlarının verilməsinə 14 may tarixində başlanılacaq

 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərə 14 may tarixindən etibarən Akkreditasiya və Qeydiyyat Mərkəzində akkreditasiya kartlarının verilməsinə başlanılacaq.

Tədbirin keçirildiyi məkan – Bakı Olimpiya Stadionunda yerləşən mərkəz WUF13 iştirakçılarının qeydiyyatı, akkreditasiyası və məlumatlandırılması prosesinin vahid və operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

Mərkəz 14–16 may tarixlərində saat 09:00–18:00, 17–21 may tarixlərində saat 07:00–18:00, 22 may tarixində isə saat 07:00–15:00 aralığında fəaliyyət göstərəcək.

WUF13 iştirakçıları, rəsmi nümayəndələr və qonaqlar 14–22 may 2026-cı il tarixləri ərzində Akkreditasiya və Qeydiyyat Mərkəzinə yaxınlaşaraq qeydiyyatdan keçib akkreditasiya kartlarını əldə edə biləcəklər.

Onlayn qeydiyyatdan keçmiş şəxslər WUF13 akkreditasiya kartlarını əldə etmək üçün elektron poçtlarına göndərilən unikal qeydiyyat nömrəsi ilə yanaşı, qeydiyyat zamanı istifadə etdikləri etibarlı şəxsiyyətini təsdiq edən sənədi də özləri ilə gətirməlidirlər. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd, xarici ölkə vətəndaşları isə etibarlı pasport təqdim etməlidirlər.

Bununla yanaşı, tədbir günlərində yerində qeydiyyat imkanı da yaradılacaq.

Qeydiyyat prosesinin daha rahat və sürətli təşkili məqsədilə iştirakçılara əvvəlcədən onlayn qeydiyyatdan keçmələri tövsiyə olunur. Onlayn qeydiyyat BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təqdim edilən Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) –  https://events.unhabitat.org – vasitəsilə

həyata keçirilir və onlayn qeydiyyat üçün son tarix 15 may saat 18:00-dır.

 

Previous Post

Kontent oğurluğuna “yox” deyək

Next Post

“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.