• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

WUF13 çərçivəsində “Erkən xəbərdarlıq və iqlimədavamlı şəhərlər” adlı tədbir keçirilib

20 May, 26 / 0:19
A A
WUF13 çərçivəsində “Erkən xəbərdarlıq və iqlimədavamlı şəhərlər” adlı tədbir keçirilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimədavamlı şəhərlər” mövzusunda paralel tədbir keçirilib.
Şəhərləri iqlim dəyişmələrinin təsirlərinə qarşı daha davamlı etmək məqsədilə təşkil olunan bu tədbir zamanı ekstremal təbiət hadisələrinin ətraf mühitə, şəhər infrastrukturuna və yaşayış ərazilərinə vurduğu zərərin azaldılmasına, eləcə də elmə əsaslanan və insan həyatını xilas edən qərarların qəbulunda bir çox təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinin oynadığı rola xüsusi diqqət yetirilib. Tədbir zamanı Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev (video-müraciət), Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, 2014-2019-cu illərdə Avropa Komissiyasının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı olmuş Dimitris Avramopoulos açılış nitqi ilə çıxış ediblər.
Panel müzakirələrində Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), Finlandiya Meteorologiya İnstitutu, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel (IPCC), Türkiyə Dövlət Meteorologiya Xidməti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak ediblər.
Həmçinin, tədbir zamanı qeyd olundu ki, “Hər kəs üçün erkən xəbərdarlıq” (“EW4ALL”) təşəbbüsü BMT-nin baş katibi tərəfindən irəli sürülüb və Azərbaycan UNEP ilə Yaşıl İqlim Fondunun (GCF) dəstəyi çərçivəsində “Azərbaycanda iqlimədavamlılığın artırılması üçün iqlim məlumatları və bir çox təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi” layihəsini həyata keçirməyi planlaşdırır.

Previous Post

Bakıda kanat olacaq - RƏSMİ

Next Post

WUF13 çərçivəsində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) yüksək səviyyəli enerji və şəhərsalma dialoqu keçirilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.