Yəmən sahillərində tankerin yaxınlığında bir neçə partlayış qeydə alınıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Əl-Muxa şəhərindən 60 dəniz mili cənubda baş verib.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi hadisəni təsdiqləyib. Tankerin heyətinin təhlükəsiz olduğu bildirilib. Partlayışların səbəbi araşdırılır.
//Nəzər.Media
