Yəməndə husilərlə hökumət qüvvələri arasında döyüşlər şiddətlənib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Husilərin Səudiyyə Ərəbistanına hücumlarında 73 mülki şəxs yaralanıb.
Hücumlarda yaşayış və iqtisadi obyektlər hədəfə alınıb. Husilər isə Səudiyyə Ərəbistanının hava zərbəsində 7 nəfərin öldüyünü bildiriblər. BMT Yəmənin yenidən genişmiqyaslı müharibəyə sürüklənə biləcəyi barədə xəbərdarlıq edib.
//Nəzər.Media
