Yaponiya Baş naziri Sanae Takaici Çini ölkəsi üçün mühüm qonşu adlandırıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Takaici Pekinlə sabit münasibətlər qurmaq istədiklərini bildirib.
Baş nazir iki ölkə arasında dialoqun davam etdiriləcəyini deyib. O, eyni zamanda Yaponiyanın milli maraqlarını qoruyacağını vurğulayıb. Tərəflər arasında Tayvan məsələsinə görə gərginlik davam edir.
//Nəzər.Media
