Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb. Nəzə.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, axtarış-xilasetmə işləri hələ də davam edir.
Rəsmilər əməliyyatların zamanla yarış şəraitində aparıldığını bildiriblər. Məlumata görə, 10 min nəfər hələ də müvəqqəti sığınacaqlarda qalır. Zəlzələdən sonra 23 min ev işıqsız, 75 min ev isə susuz qalıb. Güclü yeraltı təkan yolların, körpülərin və digər infrastrukturların zədələnməsinə səbəb olub. Hazırda bölgədə dəyən ziyanın həcmi qiymətləndirilir.
//Nəzər.Media
