Yaponiyada güclü zəlzələnin nəticələri ağır olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatı fasiləsiz davam edir.
Rəsmilər dağıntılar altında çox sayda insanın qaldığını bildiriblər. İlkin məlumata görə, azı 13 nəfər həyatını itirib. Zəlzələ nəticəsində binalar dağılıb, yanğınlar baş verib və minlərlə ev işıqsız qalıb. Yaponiya Meteorologiya Agentliyi güclü təkrar təkanların ən azı bir həftə davam edə biləcəyi barədə xəbərdarlıq edib. Həmçinin zəlzələ Cənubi Koreyada da hiss olunub və Senday Atom Elektrik Stansiyası ilə bağlı narahatlıq yaranıb.
//Nəzər.Media
