Yaponiya BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını istəyib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Baş nazir Sanae Takaichi Şuranın hazırkı quruluşunu tənqid edib.
O, daimi və müvəqqəti üzvlərin sayının artırılmasını təklif edib. Takaichi bunun Şuranın təmsilçiliyini gücləndirəcəyini bildirib. O, beynəlxalq sülhün qorunması üçün bu dəyişikliklərin vacib olduğunu vurğulayıb.
//Nəzər.Media
