
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
“Rəngarəng” verilişinin növbəti buraxılışında müğənni Qumral Musayeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Sənətçi kişi seçimi ilə bağlı kriteriyalarını bölüşərək zövqünü açıq şəkildə ifadə edib. O, bildirib ki, yaraşıqlı, boylu-buxunlu və baxımlı kişiləri bəyənir və həyat yoldaşı da məhz arzuladığı kimi biridir:
“Necə istəmişəmsə, elə də ailə qurmuşam”.
Qumral Musayeva anasının tez-tez “qadın kişini bəzəməz” dediyini xatırladaraq bu fikirlə tam razılaşmadığını bildirib. Onun sözlərinə görə, qadın zövqü və qayğısı ailədə özünü göstərir:
“Əslində, anam özü də onu bəzəyir. Hara getsəm, Natiq üçün hədiyyə alıram, alış-veriş edirəm. Gözəl geyim görəndə almaqdan özümü saxlaya bilmirəm” , – deyə sənətçi əlavə edib.
Səmimi etirafları ilə diqqət çəkən müğənninin açıqlamaları studiyada maraqla qarşılanıb və sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
//milli.az
