ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni hücum ehtimalını gündəmə gətirməsi bölgədə gərginliyi artırıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, bu açıqlamalar fonunda İranın İnqilab Keşikçiləri Hörmüz boğazında hərəkətə keçib.
Hörmüz boğazı dünya enerji daşımaları üçün mühüm marşrutdur. Bölgədə mümkün qarşıdurma neft tədarükünə təsir göstərə bilər. Tərəflərin növbəti addımları diqqətlə izlənilir.
//Nəzər.Media
