Gənclər və İdman Nazirliyinin 32-ci ildönümünə həsr olunmuş atçılığın konkur növü üzrə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yay birinciliyinə start verilib.
Bakı Dövlət Cıdır Meydanında keçirilən yarışın açılışında gənclər və idman naziri Fərid Qayıbov iştirak edib. İki gün davam edəcək müsabiqədə 10-15 və 15-21 yaş kateqoriyaları üzrə məktəblilərlə yanaşı, atçılıq klublarının idmançıları da iştirak edirlər.

