“Piyada gediləcək məsafə” dedikdə adətən 5-15 dəqiqə ərzində qət edilə bilən, təxminən 400-1200 metr məsafə nəzərdə tutulur. Orta hesabla, 10 dəqiqə ərzində 800 metr piyada getmək mümkündürsə, həmin obyekt piyada əlçatan məsafədə hesab olunur.
Bu yanaşmanı metro stansiyalarına tətbiq etsək, mövcud və dövlət proqramına əsasən tikilməsi nəzərdə tutulan stansiyaların ətrafında 800 metrlik radius müəyyən edə bilərik.
Beləliklə, hər bir stansiyanın ətrafında formalaşan piyada əlçatanlıq zonası xəritədəki kimi görünür.
Amma burada yalnız məsafə kifayət deyil. Səkilərin vəziyyəti, piyada keçidlərinin təhlükəsizliyi, panduslar, küçə bağlantıları və digər infrastruktur elementləri də nəzərə alınmalıdır.
Çünki xəritədə 800 metr kimi görünən məsafə real həyatda piyada üçün həmişə 800 metr olmaya bilər.
//milli.az
