• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının 8-ci regional turundan - FOTOLAR

20 Sentyabr, 26 / 16:53
A A
“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının 8-ci regional turundan - FOTOLAR

“Azərişıq” ASC-nin təşkilatçılığı ilə “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının növbəti regional turu Babək rayonunda keçirilib. Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə təşkil olunan yarışda 8 komanda iştirak edib.

Nəzər.Media xəbər verir ki, Babək Elektrik Şəbəkəsində (EŞ) baş tutan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra maarifləndirmə proqramının keçirilməsinin məqsədi və əhəmiyyəti barədə yarış iştirakçılarına və qonaqlara geniş məlumatlar verilib. Bildirilib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda “Babək EŞ”, “Culfa EŞ”, “Kəngərli EŞ”, “Naxçıvan EŞ”, “Ordubad EŞ”, “Sədərək EŞ”, “Şahbuz EŞ”, “Şərur EŞ” komandaları nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualı cavablandırıblar.

İkinci mərhələdə energetiklər onlara verilən 3 praktiki tapşırığı yerinə yetirərək peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.

Hər iki mərhələnin nəticələrinə əsasən “Şahbuz EŞ” regional turun qalibi olub. Beləliklə, komanda Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

Previous Post

Kamandan oxatma üzrə Bakı şəhər çempionatı mükafatlandırma mərasimi ilə yekunlaşıb

Next Post

"Kəpəz" "Sumqayıt"ı qəbul edir-START HEYƏTLƏR

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.