• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının son finalçısı da müəyyənləşib

07 Oktyabr, 26 / 23:05
A A
“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının son finalçısı da müəyyənləşib

“Azərişıq” ASC-nin təşkilatçılığı ilə “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə regional turu keçirilib.

Sumqayıt RETSİ-də təşkil olunan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır. Mərkəzin direktoru iştirakçı komandalara uğurlar arzulayıb.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda “Abşeron RETSİ”, “Bağlar ETSİ”, “Ceyranbatan EŞ”, “Xızı EŞ”, “Qobustan EŞ”, “Sumqayıt EŞ” komandaları nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualı cavablandırıblar.

İkinci mərhələdə energetiklər peşə bacarıqlarını nümayiş etdiriblər. Onlar müəyyən edilmiş vaxtlar ərzində 3 praktiki tapşırığı – 10 kV-luq elektrik xəttində təmir-bərpa, elektrik cərəyanına düşmüş şəxsin xilas edilməsi, ilkin tibbi yardım göstərilməsi və yanğınsöndürmə əməliyyatlarını yerinə yetiriblər.

Hər iki mərhələnin nəticələrinə əsasən “Sumqayıt EŞ” regional turun qalibi olub. Beləliklə, sonuncu finalçı ilə birlikdə Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsində 11 komanda iştirak hüququ qazanıb.

Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

Previous Post

U23 dünya çempionatı üçün heyət açıqlanıb

Next Post

Ceyhun Bayramov Orta Dəhliz və regional əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.