Alimlər Yer kürəsində günlərin tədricən uzandığını açıqlayıblar.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, araşdırmaya görə, planetin fırlanma sürəti yavaşlayır.
Buna əsas səbəblərdən biri qütb buzlaqlarının əriməsidir. Kütlə paylanmasının dəyişməsi Yer kürəsinin hərəkətinə təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, bu dəyişiklik GPS və peyk sistemləri üçün əhəmiyyət daşıyır.
//Nəzər.Media
