
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Bu gün Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında 2026-cı il üçün “İdman səfirləri”nin seçkisi keçirilib. Səsvermə nəticəsində Ülviyyə Fətəliyeva (şahmat), Vəfa Musayeva (alpinizm), Aynur Yusufova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma), Elçin Əsədov (velosiped) 2026-cı il üçün “İdman səfiri” seçiliblər.
Gənclər və İdman Nazirliyinin 17 mart tarixli Kollegiya iclasında 2027-ci il üçün “İdman Paytaxtı” seçilib. Namizəd şəhərlərin təqdimatlarından sonra Yevlax şəhəri gələn il üçün ölkəmizin “İdman Paytaxtı” seçilib.
