YPG terror təşkilatı özünün və ona bağlı hərbi və mülki qurumların ləğv edildiyini açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, təşkilatın rəhbərlərindən Mazlum Abdi bu barədə Dəməşqdə məlumat verib.
O, qüvvələrin Suriya ordusuna birləşdirilməsi prosesinin başa çatdığını bildirib. YPG ilə Suriya hökuməti arasında yanvarın 29-da atəşkəs və mərhələli birləşmə barədə razılaşma əldə olunmuşdu. ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak isə bu addımı tarixi və möhtəşəm adlandırıb.
//Nəzər.Media
