Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Muğlada baş verib.
Hadisə zamanı yük maşını və motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
