Yunanıstan 2024-cü ildə Qirit yaxınlığında dəniz araşdırmalarını iki dəfə dayandırıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, deputat Angelos Sirigos buna Türkiyə hərbi gəmilərinin bölgəyə gəlməsinin səbəb olduğunu deyib.
Türkiyə həmin dövrdə bölgəyə hərbi gəmilər göndərib. Bundan sonra Yunanıstan araşdırmaları davam etdirməyib. Sirigos bildirib ki, həmin məsələnin danışıqlar yolu ilə həll ediləcəyini düşünüblər.
//Nəzər.Media
