
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Yunanıstan Hörmüz boğazı ətrafındakı hərbi proseslərə qoşulmağı planlaşdırmır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kiryakos Miçotakis bildirib.
Baş nazir qeyd edib ki, bölgədə yunan gəmiləri olduğu üçün vəziyyət diqqətlə izlənir. Baş nazir Yunanıstanın Boğazdakı proseslərdə maraqlarının olduğunu da bildirib.
Digər tərəfdən, Yunanıstanın Qətərdə yerləşən “Əl Udeid” bazasına “Patriot” raketləri göndərdiyi iddia olunur.
Məlumata görə, bu raketlər ABŞ hərbçilərinin yerləşdiyi bazanın müdafiəsi məqsədi daşıyır. Rəsmi qurumlar isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.
//Nəzər.Media
