Yunanıstan ABŞ-dən Türkiyəyə qarşı daha fəal siyasi dəstək gözləyirdi. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Afinanın bu gözləntilərini tam qarşılamayıb.
Rubio Türkiyə ilə Yunanıstan arasında mümkün münaqişəyə qarşı olduğunu bildirib. O, Ankara ilə yaxın əlaqələrin qorunmasının vacibliyini vurğulayıb. ABŞ-nin Türkiyəyə F-35 qırıcılarının verilməsinə müsbət yanaşması Afinada narazılıq yaradıb.
//Nəzər.Media
