Yunanıstanda helikopter qəzaya uğrayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Şifnos adasının Tolos bölgəsində baş verib.
Helikopter meydançaya yaxın ərazidə yerə düşüb. Qəza üç nəfərin ölümünə səbəb olub. Ölənlərdən biri pilot, ikisi isə sərnişin olub. Qəza sonrası helikopter yanıb və yanğınsöndürənlər alovu söndürüblər.
//Nəzər.Media
