Yunanıstanda neonasist “Qızıl Şəfəq”in keçmiş lideri İlias Kasidiaris siyasətə qayıtmağa hazırlaşır. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Kasidiaris sentyabrın 15-də həbsdən azad ediləcək.
Kasidiarisin miqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı sərt mövqeyi diqqət çəkir. Onun siyasətə qayıdışı 2027-ci il seçkilərinə qədər ölkədə siyasi gərginliyi artıra bilər. Kasidiarisin yeni siyasi yolunun necə olacağı isə hələ məlum deyil.
//Nəzər.Media
