Liviyanın şərqindəki Nümayəndələr Palatası Türkiyə ilə 2019-cu ildə imzalanmış dəniz sərhədləri sazişini təsdiqləyib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, bu qərar Afinanın mövqeyinə ciddi zərbə vurub.
Yunanıstan uzun müddətdir həmin sazişə qarşı çıxırdı. Qərar Türkiyə ilə Liviyanın şərqindəki qüvvələr arasında münasibətləri də dəyişə bilər. Afina isə sazişi tanımadığını bəyan edib.
//Nəzər.Media
