Yunanıstanda tələbələr kirayə qiymətlərinin və yaşayış xərclərinin artmasına etiraz ediblər. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, tələbələr etiraz məqsədilə çadır qurublar.
Tələbələr bahalaşmanın yaratdığı çətinliklərə diqqət çəkiblər. Onlar yaşayış xərclərinin azaldılmasını tələb edirlər. Etirazın əlavə təfərrüatları barədə məlumat verilməyib.
//Nəzər.Media
