Yunanıstanda meşə yanğınlarının qarşısını almaq mümkünsüzləşib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yanğın artıq yaşayış bölgəsinə yaxınlaşıb.
Halkidiki bölgəsindəki Siviri kəndi artıq yanğınların fasadını hiss etməyə başlayıb. Yanğınlar kəndə sıçrayıb. Alov kənddəki evlərə keçib. Yanğına havadan və qurudan müdaxilə edilir. Güclü külək alovun söndürülməsini çətinləşdirir və ərazi təxliyə edilib.
//Nəzər.Media
