Yunanıstanda F-16 qırıcı təyyarəsi nasazlanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, təyyarə məcburi eniş edib.
Hadisə təlim uçuşu zamanı baş verib. Pilot təyyarəni Zakintos adasındakı hava limanına endirib.Rəsmi məlumata görə, pilot xəsarət almayıb. Yerli media təyyarədə yanğın baş verdiyini bildirib.Hadisənin səbəbi araşdırılır. Təyyarədəki nasazlığın dəqiq səbəbi hələ açıqlanmayıb.
//Nəzər.Media
