Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyə ilə bağlı sərt açıqlamalar verib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Dendias Ankara ilə dialoqa hazır olduqlarını bildirib.
Dendias eyni zamanda bütün mümkün ssenarilərə hazırlaşdıqlarını deyib. Nazir ölkəsinin təhlükəsizliyi üçün bütün tədbirlərin görüldüyünü vurğulayıb. Dendiasın sözləri Ankara ilə Afina arasında gərginliyi yenidən gündəmə gətirib.
//Nəzər.Media
