Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin başa çatmasını istədiklərini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Zelenski sülhün təhlükəsizlik təminatları ilə əldə olunmalı olduğunu deyib.
Zelenski müharibədə törədilən cinayətlərin araşdırılmasını istəyib. O, Ukraynanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. Zelenski davamlı və ədalətli sülhə nail olmaq istədiklərini bildirib.
//Nəzər.Media
