Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft infrastrukturuna zərbələri davam etdirəcəklərini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Zelenski bu addımdan geri çəkilməyəcəklərini bəyan edib.
Ukrayna Rusiyanın neft gəlirlərini azaltmağa çalışır. Kiyev bu gəlirlərin müharibənin maliyyələşdirilməsində istifadə olunduğunu bildirir.
Zelenskinin açıqlaması Vaşinqtonla Kiyev arasında fikir ayrılıqlarını yenidən gündəmə gətirib.
//Nəzər.Media
