
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Zirə”-“Karvan-Yevlax” oyunu başa çatdı. Gərgin keçən matç 1:0 “Zirə”nin xeryinə sonlandı.
xxxx
“Zirə”-“Karvan-Yevlax” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Zirə” 1:0 hesabda irəlidədir.
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edir. “Mavi qartallar”la Yexlax təmsilçisinin oyununu Kamranbəy Rəhimov idarə edir. Artıq oyunun dəqiqəsində “Zirə” qolu ilə hesabı açdı-“Zirə”-“Karvan-Yevlax”-1:0
Turun digər görüşləri Bazar günü və Bazar Ertəsi günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Neftçi”n qəbul edəcək. “Sarı göylər”lə “ağ-qaralar”ın oyununu Əli Əliyev idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə “kimyaçılar”ın oyununu Elçin Məsiyev idarə edəcək.
Turun sonuncu görüşləri Bazar ertəsi keçiriləcək. Bazar ertəsi iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Şirlər”lə “boz qurd”un matçını Tural Qurbanov idarə edəcək.
Günün və turun sonuncu oyununda “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Qırmızı qaralar”la “bayquşlar”ın matçını Rauf Cabarov idarə edəcək.
Bu gün bir qarşılaşma baş tutub.
Bu görüşdən əvvəl günün açılış oyununda “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“İmişli”-“Qarabağ”-0:0. Oyunun 72-ci dəqiqəsində “Qarabağ” azlıqda qaldı. Komandanın heyətində Kadi Borges vərəqə alaraq meydandan qovulub-“İmişli”-“Qarabağ”-0:0.Oyunun 79-cu dəqiqəsində “Qarabağ” Musa Qurbanlının qolu ilə hesabı açıb-“İmişli”-“Qarabağ”-0:1. Oyunun 84-cü dəqiqəsində “İmişli” azlıqda da qalıb. Komandanın heyətində Dioqo Almediya ikinci sarı vərəqəni alaraq meydandan qovulub-“İmişli”-“Qarabağ”-0:0. Bu oyunda yadda qalan son hadisə oldu və “Qarabağ” matçdan 0:1 qalib ayrılıb.
