
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində keçirilən “Karvan-Yevlax”-“Zirə” oyunu başa çatdı. Gərgin keçən matç 0:1 “Zirə”nin xeyrinə başa çatdı.
xxxx
Oyunun 79-cu dəqiqəsində “Zirə” Anatoli Nuriyevin qolu ilə hesabı açdı-“Karvan-Yevlax”-“Zirə”-0:1
xxxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turuna start veriləcək .PFL bu günə bir qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Zirə”ni qəbul edir. Yevlax təmsilçisi ilə “mavi qartallar”ın oyununu Rəşad Əhmədov idarə edir. Artıq görüşdə ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Karvan-Yevlax”-“Zirə”-0:0
Bu gün bir qrşılaşma baş tutatacaq
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Bayquşlar”la “kimyaçılar”ın görüşünü Rəvan Həmzəzadə idarə edəcək.
Cümə günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Sarı-göylər”lə “köhlən atlar”ın görüşünü Elşad Abdullayev idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “İmişli”ni qəbul edəcək. “Ağ-qaralar”la “Pələnglər”in görüşünü Tural Qurbanov idarə edəcək.
Turun son görüşü Şənbə günü baş tutacaq.
Günün yeganə və turun sonuncu görüşündə “Turan Tovuz” “Sumqayıt Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edəcək. “Boz qurd”la “qırmızı-qarlar”ın görüşünü Kamal Umudlu idarə edəcək.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turuna dünən start verilib. PFL açılış gününə bir qarşılaşma təyin.
Turun ilk və günün yeganə qarşılaşmasında “Şamaxı” “Şamaxı şəhər stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Araz-Naxçıvan”-“Şamaxı”-0:0. Oyunun 56-cı dəqiqəsində “Araz-Naxçıvan” “Şamaxı”nın heyətindən Vladislav Veremeyev avtoqolu ilə hesabı açıb-“Şamaxı”-“Araz-Naxçıvan”-0:1. Bu oyunda vurulan yeganə qol olub və “Araz-Naxçıvan” matçdan 0:1 qalib ayrıldı.
